J M A C A
Drag

Azərbaycan Sumo Federasiyası

 Azərbaycan Sumo Federasiyası

Azərbaycan Sumo Federasiyası

Azərbaycanda Sumo  ilk addımlarını 2005-ci ildə atmışdır. O dövrdə Azərbaycanı  beynəlxalq turnirdə ilk dəfə Samir Abdullayev təmsil etmiş və medal qazanmışdır. Və 2006-cı ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birlikdə böyüklər və uşaqlar üçün iki turnir təşkil edildi.

2007-ci il Azərbaycan Sumo tarixi  üçün əlamətdar oldu. Əvvəlcə federasiya rəsmi surətdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Sonra Avropa Sumo Federasiyasının iyun ayında Macarıstanın paytaxtı Budapeştdə və Beynəlxalq Sumo Federasiyasının noyabr ayında Tailandın Çianqmay şəhərində keçirilən konqreslərində bu təşkilatların tamhüquqlu üzvü seçildi.

Azərbaycan Sumo Federasiyası  2007-ci ildən başlayaraq hər il Azərbaycan və Bakı çempionatları və birincilikləri keçirir. Eyni zamanda regionlarda tədbirlərdə təşkil olunur. Artıq bir neçə ildir ki, müxtəlif yaş qrupları üzrə qızlardan ibarətdə komanda formalaşmışdır və mütamadi olaraq daxili yarışlarda iştirak edərək beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edirlər

İdmançılarımız rəsmi beynəlxalq yarışlarda indiyədək 200-dən çox medal qazanıblar. Bu medalların üçdəbir hissəsi qızıldır. Dünyanın bir çox ölkələrində Azərbaycan himni səslənib.
2007-ci ildən Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevdir. O eyni zamanda  2012-ci ildən Avropa Sumo Federasiyasının vitse-prezidentidir.

Sosial şəbəkələrdə biz:

İnstagram: Azərbaycan Sumo Federasiyası

 

Heydər Əliyev

“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.

Son xəbərlər