J M A C A
Drag

Oriqami

 Oriqami

Origami

Yapon incəsənətinin bir hissəsi “Origami” hesab olunur.

Origami,yapon terimini olub, “ori” qatlamaq və “gami” kağız kəlimələrinin birləşməsi ilə əmələ gəlmişdir.

Təməldə qayçı və yapışdırıcı istifadə edilmədən, kağızı sadəcə qatlayaraq müxtəlif növ formalar yaratmaq sənətidir.

İlk olaraq  çinlilər tərəfindən icra olunduğu deyilsə də,Yaponiyaya buddist rahiblər tərəfindən

 gətirildiyi iddia olunan origami inkişaf prosesini burda tamamlamış və adı yapon dilindən götürülmüşdür.Kağızın yeni icad olunması ilə bu illərdə sadəcə varlıların işlədiyi bu sənət daha çox dini mərasimlərdə və hədiyyə qablaşdırılmasında bir zənginlik göstəricisi olaraq istifadə edilmişdir.Kağızın istifadəsinin daha çox yayılması və münasib qiymətə

əldə edilməsi nəticəsində 17. yüzillikdə xalq arasında əyləncə vasitəsinə çevrilmişdir.

1900-cü ildən etibarən isə məktəblərdə öyrədilməyə başlanılmış , şagirdlərin riyazi bacarıqlarının inkişafına qatqısı olmuşdur.II Dünya Savaşından sonra isə böyük təkamül prossesi keçirmiş və bütün yaş kateqoriyasının marağına səslənən sənət olmuşdur.

Origaminin müxtəlif növləri vardır:

1. Hərəkətli origami (action origami) – Adından da göründüyü kimi düzəldilən firuq hərəkət etdirilə bilir.

2. Modulyar origami – Bu növ həm də “3D origami” adlanır.  bir model yaratmaq üçün bir neçə eyni hissələrin yığılmasını əhatə edir. Çox vaxt fərdi hissələr sadədir, lakin son montaj daha çətin ola bilər. Bir çox modul origami modelləri kusudama kimi dekorativ qatlama toplarıdır, klassik origamidən parçaların ip və ya yapışqanla bir yerdə tutulması ilə fərqlənir.

3. Yaş qatlamaq –Kağız asanlıqla qəliblənə bilməsi üçün nəmləndirilir. Son model quruduqca formasını saxlayır. Məsələn, çox təbii görünüşlü heyvan modelləri yaratmaq üçün istifadə edilə bilər.

4. Pureland origami – Bu növ origami 1970’ci illərdə John Smith tərəfindən yaradılıb. Dağların və çöllərin təsvir olunduğu növdür.

5. Origami mozaikləri–Origaminin bu növü 2000-ci illərdə məşhur olmağa başlayıb. Digərlərindən daha yaradıcı və fərqli sayılır.

6. “Kirigami” -. Bu növdə kağızı kəsmək, yapışdırmaq olar. Ənənəvi Yapon origamisində kəsmə adətən istifadə olunurdu, lakin müasir texniki təkmilləşdirmələr kəsiklərdən istifadəni lazımsız etdi. Münasibətdəki bu dəyişiklik 1960-70-ci illərdə baş verdi, buna görə də erkən origami kitabları tez-tez kəsiklərdən istifadə edirdi, lakin onlar müasir origami repertuarından böyük ölçüdə yoxa çıxdılar; Müasir kitabların əksəriyyətində hətta kəsilməkdən bəhs edilmir.

Heydər Əliyev

“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.

Son xəbərlər