J M A C A
Drag

Yoşinkan Aykido "Buryukan" İctimai Birliyi

 Yoşinkan Aykido "Buryukan" İctimai Birliyi

Yoşinkan Aykido "Buryukan" İctimai Birliyi

Azərbaycan Aykido tarixində Yaponiya tərəfindən rəsmi olaraq Yaponiyadan qeydiyyatdan keçən ilk məktəb Azərbaycan "Yoşinkan Aykido Buryukan" İctimai Birliyidir.

Atil Ağamirovun təşəbbüsü ilə "Buryukan" məktəbi rəsmi şəkildə Yaponiya Yoşinkan Aykido federasiyası tərəfindən 2012-ci ildə qeydiyyatdan keçmişdir.

Formalaşan İctimai Birlik 2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyatından keçir.

Azərbaycanda rəsmi məktəbin qeydiyyatdan keçmə tarixi 2012-ci ildə qeydə alınmağına baxmayaraq, Azərbaycan  Yoşinkan Aykidonun tarixi 2000-ci illərin əvvəllərinə dayanır.

Həmin dövrdə bir sıra yüksək dərəcəli senseylərlə tanış olan Atil Ağamirov onlardan dərs almağa başlayır. İlk olaraq 8-ci dan qara kəmər ustası David Eayrs Senseydən fərdi olaraq dərs alır. Yoşinkidan Aykidonun incəliklərini öyrənməyə başlayan Atil Ağamirov bu yola Rusiyanın Moskva şəhərindəki Kyoichi İnoue 10.dan qara kəmər, Chida Tsutomu 8.dan qara kəmər, David Eayrs 8.dan qara kəmər sahibi senseylərin seminarlarında iştirak edərək davam edir. Bununla yanaşı, elə həmin dövrdə Moskvada 9-cu dan qara kəmər ustası Tsuneo   Ando senseyin keçirdiyi seminarda iştirak edərək onunla tanış olur. Bu tanışlıq sayəsində ilk dəfə olaraq Yaponiyanın Tokyo şəhərində Ümumdünya Yoşinkan Aykido federasiyasının baş qərargahında 2008-ci ildə Ando Senseyin məşqlərinə qoşulmağa başlayır. Bununla yanaşı 8-dan qara kəmər ustası Chino Susumu senseyində təlimlərinə qoşululur.

2012-ci ildə Yaponiyaya olan səfəri Azərbaycan tarixində ilkə səbəb olur.

9.dan qara kəmər ustası Tsuneo Ando Senseyin  "Gasshuku" təliminə qoşulması nəticəsində müxtəlif dərəcələr əldə etmiş olur.

Tarixdə ilk olaraq Azərbaycanda rəsmi məktəb açmaq hüququna sahiblənir.

Azərbaycan Aykidosu üçün növbəti əlamətdar tarix isə 2013-cü ilə təsadüf edir. 10 May ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş Beynəlxalq seminar Yoşinkan Aykido üzrə Tsuneo Ando senseyin başçılığı altında keçirilmişdir. Məktəbimizin tələbələri bu seminarda Ando senseye imtahan vermiş və müxtəlif dərəcələr əldə etmişdilər.

Azərbaycan Aykido tarixə atılan növbəti ilk 2013-cü ilin  Oktyabr və Noyabr aylarına təsadüf edir. Atil Ağamirov və Ülvi Ağamirov Yaponiyaya səfər edərək Gasshuku təlim proqramına qoşulur və eyni zamanda Tokyoda təşkil olunan 58. bütün  Yaponiya Yoşinkan Aykido festivalına qoşulur və ölkəmizi orda layiqincə  təmsil edir və ilkə imza atırlar.

Bununla yanaşı Takeno Takefumi 9-cu dan qara kəmər, Tsuneo Ando 9-cu dan qara kəmər və Chino Susumu  8-ci dan qara kəmər sahibi senseylərin seminarlarında iştirak edirlər.

2014-cü ildə Azərbaycana dəvət olunan 6.dan qara kəmər ustası Akira Mitsuhashinin başçılığı altında seminarlar təşkil olunur. Buraya isə Azərbaycan Yoşinkan Aykido komandası ilə yanaşı Azərbaycan Aikikai məktəbləridə dəvət olunur.

Azərbaycanlı idmançılar tərəfindən yüksək rəğbət qazanan Azərbaycan Yoşinkan Aykido özündə sərt üslubu və qədim döyüş texnikalarını cəmləşdirir və hətta bir sıra dövlət orqanlarında da Yoşinkan Aykido dərsləri keçirilib.

O dövrdən indiyə kimi bu yollardan keçən Azərbaycanlı Yoşinkan Aykido ustaları Yaponiyada təlim məşqlərinə qoşularaq seminarlarda, beynəlxalq festivallarda iştirak edərək yüksək dan dərəcələrinə imtahan verirlər.

Buryukan İctimai Birliyinin aparıcı üzvləri Atil Ağamirov və Ülvi Ağamirovun  bir sıra ölkələrdə dəfələrlə Yoşinkan Aykido üzrə seminarları təşkil olunub.

Sosial şəbəkələrdə biz:

İnstagram: Azərbaycan Yoşinkan Aykido"Buryukan" Ictimai Birliyi

Facebook: Azərbaycan Yoşinkan Aykido"Buryukan" Ictimai Birliyi

 

Heydər Əliyev

“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.

Son xəbərlər